Bakı. Trend:
Tacikistanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib. Təkanların ocağı 15 km dərinlikdə olub.