Bakı. Trend:
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüş keçirəcəklər.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş aprelin 15-16-da Ankarada baş tutacaq.
Tərəflər arasında Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.