...

Vyetnamda meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 14 Aprel 2025 00:34 (UTC +04:00)
Vyetnamda meşə yanğınları davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vyetnamın Quanq Ninh əyalətinin Binh Lieu şəhərinin bəzi ərazilərində meşə yanğını baş verib.

Trend xəbər verir ki, bu barədə şəhər Xalq Komitəsinin sədri məlumat verib.

Bildirilib ki, hazırda bəzi ərazilərdə yanğın nəzarət altına alınsa da, mürəkkəb relyef və güclü külək səbəbindən alovlanma müəyyən hissələrdə davam edir. Yanğının söndürülməsi işlərinə 300-ə yaxın şəxs cəlb olunub.

Qeyd olunur ki, dünən Halonq şəhərində də meşə yanğını qeydə alınıb. Alov yaxınlıqdakı yaşayış evlərinə də keçsə də, bir müddət sonra başlayan yağış yanğının söndürülməsinə imkan verib.

Rəsmi statistikaya əsasən, bölgədə baş verən fırtınadan sonra Quanq Ninh əyalətində 50-yə yaxın meşə yanğını qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti