Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro, İlon Maskla aralarında yaşanan gərgin mübahisəyə baxmayaraq münasibətlərin yaxşı olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə Piter Navarro “NBC News”a verdiyi açıqlamada deyib.
“İlonla hər şey qaydasındadır. Məni betər də adlandırıblar”, – deyə Navarro zarafatla vurğulayıb.
Navarro həmçinin Maskın Hökumətin Səmərəliliyinin Artırılması
Departamenti (DOGE) çərçivəsində gördüyü işləri yüksək
qiymətləndirib:
“İlon və onun komandası israfçılıq, dələduzluq və sui-istifadə
problemini əla həll edirlər”, – deyə o qeyd edib.
Xatırladaq ki, aprelin 8-də Mask sosial şəbəkə “X”də Navarronu “əsl axmaq” adlandırmış, onun ticarət və rüsumlarla bağlı ideyalarını tənqid etmişdi. Buna cavab olaraq Navarro Maskı “avtomobil yığıcısı” adlandırmış və onun ticarət siyasətindən anlayışsız olduğunu demişdi.