...

Avropa İttifaqı Fələstinə dəstək üçün 1.6 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 14 Aprel 2025 10:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı bazar ertəsi Fələstinə dəstək məqsədilə əlavə 1.6 milyard avronun ayrılmasını elan edəcək.

Trend xəbər verir ki, bunu Aralıq dənizi zonası üzrə avrokomissar Dubravka Şuitsa “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Avropa Fələstin Milli Administrasiyasına (FMA) 1,2 milyard avronu qrant şəklində ayıracaq, bundan başqa, 400 milyon dollar isə Avropa İvestisiya Bankı və Avropa Dayanıqlı İnkişaf Fondunun xətii ilə kredit şəklində köçürəcək.

Şuitsa bildirib ki, 620 milyon avro Fələstin hakimiyyətinə maliyyə dəstəyinə, 576 milyon avro isə Qərb sahili və Qəzzada həyat şəraitinin normallaşdırılması və bərpa işlərinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti