Bakı. Trend:
ABŞ investorları və vətəndaşlarının İranda iştirakına heç bir maneə yoxdur.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran heç vaxt qarşı tərəflərlə investisiya və iqtisadi əməkdaşlığa maneə tətbiq etməyib.
Bəqai əlavə edib ki, əslində, ABŞ-nin tətbiq etdiyi sərt qanunlar bu ölkə vətəndaşlarının İranla iqtisadi əməkdaşlığına maneələr yaradıb. Bununla əlaqədar qarşı tərəf qərar verməlidir.
Qeyd edək ki, ötən gün (12 aprel Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.