...

İran XİN ABŞ ilə müzakirələr haqda qonşu ölkələrin nümayəndələri ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 12:45 (UTC +04:00)
İran XİN ABŞ ilə müzakirələr haqda qonşu ölkələrin nümayəndələri ilə danışıqlar aparıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi Məsqətdə keçirilən İran-ABŞ müzakirələri haqda qonşu ölkələrin nümayəndələri ilə telefon danışıqları aparıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran xarici işlər nazirinin son telefon danışıqları Misir, Qətər, BƏƏ və küveytli həmkarları ilə olub.

Bəqai bildirib ki, İran bütün qonşu ölkələrin müsbət və konstruktiv strategiyasını müsbət qarşılayır. Qonşu ölkələrin təhlükıəsizliyini özünün təhlükəsizliyi hesab edir.

Nazirlik rəsmisi deyib ki, ötən 6 ay ərzində İran və qonşu ölkələr arasında qonşuluq siyasətinin davamı çərçivəsində müsbət anlaşmalar əldə olunub.

Qeyd edək ki, ötən gün (12 aprel) Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Xəbər lenti

Xəbər lenti