Bakı. Trend:
ABŞ-nin xarici mallara tətbiq etdiyi idxal rüsumları səbəbilə bazarlarda Amerika aktivlərinə olan etimadın azalması fonunda avronun məzənnəsi möhkəmlənməyə başlayıb və Avropa valyutası investorlar üçün “sakit liman” rolunu oynamağa başlayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ABŞ-nin yeni rüsumlar tətbiq etməsindən sonra avronun məzənnəsində son 15 ilin rekord göstəricisi qeydə alınıb.
Ötən ilin noyabrında Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazanmasından sonra iki ay ərzində dollar avroya nisbətdə güclənmiş və yanvarın ortalarında demək olar ki, paritetə çatmışdı.
Hazırda isə 1 avro $1,13 səviyyəsindədir ki, bu da yanvar ayındakı zirvə ilə müqayisədə təxminən 10%-lik ucuzlaşma deməkdir.