Bakı. Trend:
Dünyaca məşhur amerikalı müğənni Keti Perrinin də daxil olduğu yalnız qadınlardan ibarət heyətin Ceff Bezosun “Blue Origin” kosmik roketi ilə kosmik səyahətə çıxmasına sayılı dəqiqələr qalıb.
Trend xəbər verir ki, raketin buraxılışını bir neçə nüfuzlu xarici KİV-lər o cümlədən BBC canlı yayımlayacaq.
Məlumata görə, buraxılış Bakı vaxtı ilə 17:30-a təsadüf edəcək. Bu, 1963-cü il Sovet ittifaqının yalnız qadınlardan ibarət kosmik ekspedisiyasından bəri ilk belə təcrübədir. Yalnız zərif cins nümayəndələrindən ibarət altı nəfərlik heyətə Keti Peri ilə yanaşı teleyayımçı Qeyl Kinq, jurnalist Loren Sançez, raket mütəxəssisi - alim Ayşa Bou, insan haqları müdafiəçisi Aman Nquyen və kinoprodüser Kerian Flin daxildir.
Qeyd edək ki, “Blue Origin” kosmik raketi avtonom kosmik nəqliyyat vasitəsidir və qadın heyət üzvlərindən hər hansının onu idarəetməsinə ehtiyac yaranmayacaq.