...

Bu ölkədən qanunsuz yolla çıxarılmış 1 milyard dollardan çox vəsait dövlətə qaytarıldı

Dünya xəbərləri Materials 15 Aprel 2025 19:40 (UTC +04:00)
Bu ölkədən qanunsuz yolla çıxarılmış 1 milyard dollardan çox vəsait dövlətə qaytarıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Qazaxıstana ölkədən qanunsuz yolla çıxarılmış 1 milyard dollardan çox məbləğdə aktiv qaytarılıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hökumət iclasında danışılıb.

Qanunsuz yolla əldə olunmuş aktivlərin dövlətə qaytarılması üzrə komissiyanın bildirdiyinə görə, Qazaxıstana təxminən 610 milyard təngə (1,1 milyard ABŞ dolları) həcmində aktiv qaytarılıb ki, onun 506 milyard təngəsi pul vəsaiti, qalanı daşınar-daşınmaz əmlak şəklində olub.

Bundan başqa, bir sıra qazaxıstanlı oliqarxlarla ümumilikdə 150 milyard təngə (təxminən 300 milyon dollar) həcmində aktivin könüllü surətdə ölkəyə qaytarılması ilə bağlı sövdələşmə bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti