Bakı. Trend:
ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Trend-in xarici mediaya istinadla verdiyi məlumata görə, hava hücumları paytaxtın Sabeyn rayonunu və Yəmənin şimalındakı Əl-Cəvf əyalətini hədəfə alıb.
Hazırda hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini açıqlamışdı. Həmin tarixdən bəri ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazilərə ardıcıl hava hücumları həyata keçirir.