...

Almaniyanın səkkiz bankı müdafiə sənayesinə investisiya qoymaqdan imtina edib

Dünya xəbərləri Materials 17 Aprel 2025 02:42 (UTC +04:00)
Almaniyanın səkkiz bankı müdafiə sənayesinə investisiya qoymaqdan imtina edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın səkkiz aparıcı bankı silah istehsalçılarının səhmlərində müşahidə olunan kəskin artıma baxmayaraq, "etik səbəblərə görə" müdafiə sənayesinə investisiya yatırmaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə bankların yaydığı birgə bəyanatda bildirilir: “Silahlara investisiyalar zəruridir, lakin etik cəhətdən əsaslandırılmır”.

Bəyanatı imzalayanlar arasında GLS-Bank, KD-Bank, BiB Essen, Bank für Kirche und Caritas, DKM - Partner für Kirche und Caritas, Evangelische Bank, Steyler Ethik Bank və PAX Bank yer alır.

Sənəddə qeyd olunub ki, bu banklar gəlirlərinin 3-5 faizindən çoxunu silah istehsalı və satışından əldə edən şirkətlərə vəsait yönəltməyəcək. Banklar hesab edir ki, təhlükəsizliyin təmin edilməsi dövlətlərin vəzifəsidir və şəxsi kapital silahlı münaqişələrin genişlənməsinə töhfə verməməlidir.

Xəbər lenti

Xəbər lenti