...

ABŞ-də sərnişin təyyarəsi qəza enişi edib

Dünya xəbərləri Materials 17 Aprel 2025 11:34 (UTC +04:00)
ABŞ-də sərnişin təyyarəsi qəza enişi edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də Denver Beynəlxalq Hava Limanında “Boeing 737-800” sərnişin təyyarəsi qəzalı vəziyyətə düşüb.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Uçuş zolağından qalxan zaman heyvanla toqquşduğundan hava gəmisinin mühərriklərindən biri zədələnib və yanmağa başlayıb.

Kanadanın Edmonton şəhərinə uçmalı olan təyyarə çox keçmədən dövrə vuraraq, həmin aeroporta məcburi eniş etməli olub.

ABŞ-nin Federal Aviasiya Administrasiyası bəyanatda təyyarənin hansı heyvanla toqquşduğunu açıqlamasa da, hava limanının ərazisində dovşanlarla bağlı xəbərdarlıq nişanları qoyulduğundan, həmin heyvanın məhz dovşan olduğu güman edilir.

Qeyd edək ki, təyyarənin göyərtəsində 153 sərnişin və 6 ekipaj üzvü olub. Zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti