Bakı. Trend:
Türkiyə tarixinin narkotik vasitələrə qarşı ən iri əməliyyatı keçirilib. 525 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində məlumat paylaşıb.
Məlumata görə, “Narkokapan-Ankara” əməliyyatına hazırlıqlar 6 ay davam edib. Araşdırmaları yüksək dəqiqliklə həyata keçirdiklərini, şübhəliləri texniki və fiziki nəzarətlə izlədiklərini bildirən Yerlikaya əməliyyatın təfərrüatı barədə bunları deyib:
“Bu gün səhər saat 05:00-da başlayan və respublika tariximizin ən böyük narkotik əməliyyatı olan bu əməliyyatı paytaxtımız Ankarada həyata keçirdik. Əməliyyata 4768 polis əməkdaşı, 1461 ekipaj, 40 xüsusi təlim keçmiş detektor it, 4 pilotsuz uçuş aparatı (PUA) və hava dəstəyi qüvvələri cəlb olunub. 626 fərqli ünvana eyni anda reydlər təşkil etmişik”.