Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelli vəzifəsindən istefa verməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Məlumata görə, Tramp neftin, əksər məhsulların, hətta yumurtanın qiymətində azalmanın müşahidə olunduğu bir vaxtda, uçot dərəcəsinin aşağı salınmamasını pisləyib.
Onun sözlərinə görə, Pauell əsas faiz dərəcəsini “çoxdan” endirməli idi.
O, artıq yeddinci dəfə uçot dərəcəsini aşağı salan Avropa Mərkəzi Bankından nümunə götürməyi məsləhət bilib.