Bakı. Trend:
ABŞ-nin Suriyadakı hərbçilərinin sayı 500-ə endirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ-nin ölkənin şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçü yaxın gələcəkdə bağlanacaq və hərbçilərin sayı təxminən 2000-dən 1400-ə endiriləcək.
Qoşunların əlavə çıxarılması ilə bağlı qərar təxminən iki ay ərzində veriləcək və bu qərar Suriyada 500-ə yaxın hərbçinin qalmasına səbəb ola bilər.