Bakı. Trend:
ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Əl-Hodeyda vilayətinin Qırmızı dəniz sahilində yerləşən "Ras İsa" limanı bombalanıb. Həmin limanda neft terminalı yerləşib.
Qeyd edilib ki, 17 işçi, o cümlədən 5 təcili tibbi yardım işçisi dünyasını dəyişib. Limanda böyük yanğın baş verib və yanğınla mübarizə hələ də davam edir.