Bakı.Trend:
Amerika Birləşmiş Ştatları cənub-şərqi Suriyada öz hərbi kontingentini çıxarır və yaxın gələcəkdə regionda yerləşən 3 hərbi bazasını bağlayacaq.
Trend xəbər verir ki, bu barədə New York Times (NYT) iki yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Söhbət “Mission Support Site Green Village” və “M.S.S. Euphrates” bazalarından gedir. Onların bağlanması nəticəsində ABŞ ordusunun Suriyadakı şəxsi heyəti 2 mindən 1,4 minə qədər ixtisar olunacaq.
Bəzi mənbələr iki aydan sonra, ABŞ-nin Suriyadakı hərbi kontingentini 500 hərbçiyə qədər ixtisar edəcəyini iddia edir.