...

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Dünya xəbərləri Materials 19 Aprel 2025 01:32 (UTC +04:00)

Bakı. Trend:

Üç nəfərin ölümü, onlarla insanın təxliyə edilməsi və minlərlə insanın elektrik enerjisiz qalması İtaliyanın şimal və mərkəz bölgələrini vuran qasırğanın ilkin nəticələridir.

Trend xəbər verir ki, güclü yağış və dolu bir neçə şəhərdə daşqınlara səbəb olub və infrastruktura ciddi ziyan vurub.

Pado çayının daşması ilə əlaqədar Lombardiya və Emiliya-Romanya bölgələrində qırmızı, Pyemontda isə narıncı həyəcan siqnalı verilib.

Fransa ilə sərhəd bölgəsi olan Valle-d'Aostada təxminən 7 min nəfər elektrik enerjisiz qalıb.

Xəbər lenti

Xəbər lenti