...

Almaniyada Pasxa sülh yürüşləri start götürüb

Dünya xəbərləri Materials 19 Aprel 2025 23:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Berlində ənənəvi Pasxa sülh yürüşlərinə start verilib.

Trend-in məlumatına görə, həmkarlar ittifaqları, dini icmalar və solçu təşkilatların təşəbbüsü ilə təşkil olunan aksiyalar Pasxa bayramı münasibətilə ölkənin 90-dan çox yaşayış məntəqəsində nümayişlər, mitinqlər və velosiped yürüşlərini əhatə edəcək.

Aksiyaların əsas mövzuları tərksilah, Ukrayna və Yaxın Şərqdəki münaqişələrdir. Polisin məlumatına görə, təkcə Berlində “Sülhə bəli” şüarı ilə keçirilən yürüşdə təxminən 1800 nəfər iştirak edib.

“Sülh Naminə Əməkdaşlıq” (Netzwerk Friedenskooperative) təşkilatının nümayəndəsi Kristian Qolla bildirib ki, builki Pasxa yürüşlərinin əsas hədəfi yeni Almaniya hökumətidir. O, Berlinin müharibəyə deyil, sülhə töhfə verən siyasət yürütməsinin vacibliyini vurğulayıb.

“Ukrayna xalqı üçün sülh yolu daha çox silahların göndərilməsi ilə deyil, danışıqlar vasitəsilə mümkündür”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti