...

Çadda həbsxanadan kütləvi qaçış baş verib

Dünya xəbərləri Materials 20 Aprel 2025 00:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çadın mərkəzində, Monqo şəhəri yaxınlığında yerləşən həbsxanadan 132 məhbusun iştirakı ilə kütləvi qaçış baş verib.

Trend-in məlumatına görə, bu barədə “Le Matin” nəşri məlumat yayıb.

Məlumata əsasən, ötən axşam baş verən atışma nəticəsində azı üç nəfər həyatını itirib, daha üç nəfər isə yaralanıb. Qaçış hadisəsi yerli vaxtla 21:18-də (Bakı vaxtı ilə 00:18) qeydə alınıb. Bildirilir ki, məhbuslar üsyan edərək həbsxana rəisinin kabinetinə daxil olublar və oradakı silahları ələ keçiriblər. Ardınca onlar mühafizəçilərlə silahlı qarşıdurmaya giriblər.

Şəhər administrasiyasındakı adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, hadisə zamanı əraziyə gələn qubernator da yaralanıb.

Məlumata görə, məhbuslar iğtişaşdan əvvəl həbsxanada ərzaq çatışmazlığından narazılıqlarını ifadə ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti