Bakı. Trend:
Almaniyanın Hessen əyalətində yerləşən Bad Nauhaym şəhərində silahlı insident baş verib.
Trend-in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində iki nəfər güllələnib.
Hadisənin detalları açıqlanmasa da, əraziyə çoxsaylı polis qüvvələri, xüsusi təyinatlı dəstələr və helikopterlər cəlb olunub.
Hazırda silahlı insidentdə iştirak edən şəxslərin axtarışı davam edir. Polis vətəndaşlara mümkün qədər evdən çıxmamağı, tanımadıqları şəxsləri avtomobillərinə mindirməməyi tövsiyə edib. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib.