Bakı. Trend:
Türkiyənin Çanaqqala boğazında qatı dumanla ilə əlaqədar gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, gəmilərin kapitanlarına yerli vaxtla səhər saat 08:00-dan etibarən boğazın hər iki istiqamətdə tranzit gəmilərə bağlanacağı radio vasitəsilə elan edilib.
Duman sönəndən sonra gəmilərin hərəkətinin bərpa ediləcəyi bildirilib.