Bakı. Trend:
Ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İranda fəaliyyəti bərpa olan müəssisələrin sayı öncəki illə (21 mart 2023 -19 mart 2024) 73% artıb.
Bu barədə Trend İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına istinadən məlumat verib.
Məlumata görə, ötən İran ilində ölkədə 1 344 ədəd sənaye müəssisəsinin fəaliyyəti bərpa olunub. Ən çox müəssisələrin fəaliyyəti Tehran, İsfahan və Fars vilayətlərində bərpa olunub.
Ötən ildə ölkədə 2 952 ədəd sənaye müəssisəsinin istehsal potensialı artırılıb.
Bildirilir ki, İranda öncəki ilin sonunadək (19 mart 2024) fəaliyyətini dayandırmış müəssisələrin sayı 12 067 ədəd təşkil edib.
Qeyd edək ki, İranda 851 sənaye parkı var. Sənaye parklarında 55 mindən çox sənaye müəssisəsi fəaliyyət göstərir və sənaye müəssisələrində 1 milyondan çox işçi çalışır.