...

Çin və Filippin dənizçiləri arasında gərginlik yaşanıb

Dünya xəbərləri Materials 21 Aprel 2025 09:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Çin dənizindən Çin Xalq Azadlıq Ordusu Xuanyan adasının sularından Filippinin mühafizə gəmisini çıxarıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV Çin ordusunun cənub zonası üzrə hərbi komandanlığının nümayəndəsi, polkovnik Çjao Çjiveyə istinadən məlumat yayıb.

Məlumata görə, adanın akvatoriyası iki ölkə arasında mübahisə predmetidir. Hər iki ölkənin ora ərazi iddiaları var. Çin Cənubi Çin dənizində yerləşən bəzi adaların ərazi mənsubiyyəti ilə bağlı artıq bir neçə onillikdir ki, bəzi ölkələrlə mübahisə edir. Bu ərazilərdə, xüsusən də şelf zonasının hidrokarbon ehtiyatları ilə zəngin olduğu aşkarlanıb.

Əsas mübahisələr Sişa (Parasel adaları), Nanşa (Spratli adaları) və Xuanýan (Scarborough rifi) arxipelaqları ətrafında gedir. Çinin bu ərazi mübahisələri Bruney, Vyetnam, Malayziya və Filippinlədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti