Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunun Yəmənə planlaşdırılan zərbələri ilə bağlı məxfi məlumatları “Sıgnal” çat messenceri vasitəsilə paylaşıb. Çat qrupun iştirakçılar arasında onun əvvəllər “Fox” telekanalının prodüseri olan həyat yoldaşı, qardaşı və vəkili olub.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
KİV yazır ki, söhbət Yəmən aviareydləri üçün F/A-18 Hornet qırıcılarının uçuş qrafikindən gedib. İddiaya görə, Heeqset “Signal” da “Müdafiə - komanda müşavirəsi” adlı qrup yaradıb ki, oarada onun yaxın çevrəsindən olan bir neçə nəfər yer alıb. Pentaqon rəhbəri avtorizasiya üçün xidməti yox, məhz şəxsi telefon nömrəsindən istifadə edib.
Xəbərin ABŞ mediasında geniş rezonans doğurmasından sonra Pentaqonun cavabı çox gecikməyib. ABŞ Müdafiə Nazirliyi Pit Heqsetin qohumları ilə məxfi məlumatları paylaşması ilə bağlı mətbuatda yayılan məlumatların yalan olduğunu bəyan edib. Pit Heqsetin İctimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, medianın nə yazmasından asılı olmayaraq “Sıgnal” qrupunda heç bir məxfi məlumat paylaşılmayıb.