...

Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcəyini təsdiqləyib

Dünya xəbərləri Materials 22 Aprel 2025 03:16 (UTC +04:00)
Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcəyini təsdiqləyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Tramp ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcəklərini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Melaniya və mən Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyik", - deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl “The New York Post” qəzeti ABŞ prezidentinin iş qrafiki ilə tanış olan mənbələrə istinadən yazıb ki, D.Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti