...

Türkiyədə zəlzələdə xəsarət alanların sayı açıqlandı

Dünya xəbərləri Materials 23 Aprel 2025 17:06 (UTC +04:00)
Türkiyədə zəlzələdə xəsarət alanların sayı açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ və yeraltı təkanlardan sonra düşən təşvişlə əlaqədar bəzi insanlar özlərini yuxarı mərtəbələrdən aşağı atıblar.

Trend İstanbul valiliyinə istinadən xəbər verir ki, bu cür hallar nəticəsində 151 nəfər yaralanıb.

Hazırda xəstəxanalarda müalicə olunan zərərçəkənlərin həyatının riskdə olmadığı bildirilir.

Bundan əlavə, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bu gün saat Mərmərə dənizində baş vermiş 6.2 bal gücündə zəlzələnin İstanbulla yanaşı, Tekirdağ, Yalova, Bursa və Balıkesir vilayətlərində güclü şəkildə hiss olunduğunu açıqlayıb.

AFAD zələzələ nəticəsində insan itkisinin qeydə alınmadığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti