Bakı. Trend:
Çin və Rusiyanın rəhbərlik etdiyi Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) quraşdırılması planlarına Ayın səthində nüvə reaktorunun tikintisi də daxildir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat aprelin 23-də Pekində keçirilən təqdimat zamanı verilib.
Çinin 2028-ci il “Chang'e-8” missiyasının baş mühəndisi Pey Çjaounun təqdimatında qeyd edilib ki, bazanın enerji təchizatı Ayın səthində qurulacaq irimiqyaslı günəş panellərindən də asılı ola bilər.
“Chang'e-8” missiyası insanların uzun müddət qalacağı Ay bazasının tikintisi üçün zəmin yaratmağı hədəfləyir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı 2030-cu ilə qədər böyük bir kosmik gücə çevrilməyi və astronavtları Aya endirməyi planlaşdırır.
Çinin Ayın cənub qütbündə forpost tikmək qrafiki NASA-nın 2025-ci ilin dekabrında ABŞ astronavtlarını Yerin təbii peykinin səthinə qaytarmağı hədəfləyən daha iddialı və təkmil “Artemida” proqramı ilə üst-üstə düşür.
Pekin Mühəndislik Akademiyasının akademiki və Çinin Ayın kəşfiyyatı layihəsinin baş dizayneri Vu Veyrin keçən il Ayın Cənub qütbünün mərkəzində olan ILRS-in əsas modelinin 2035-ci ilə qədər qurulacağını bildirib.
“Chang'e-8” missiyası Ay zondunun buraxılışının ardından Çinin həyata keçirəcəyi nüvə reaktoru tikintisi mərhələsinin bir hissəsidir.
Pekin gələcəkdə 50 ölkəni, 500 beynəlxalq elmi tədqiqat institutunu və 5000 xarici tədqiqatçını ILRS-ə qoşulmağa dəvət edəcək və “555 layihəsi” yaradacaq.