Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, Avropa Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün daha çox iş görməlidir.
Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Prezident Donald Tramp həmişə təkid edib ki, Avropa daha çox iş görməlidir - istər Rusiya və Ukraynadakı bu müharibəni sona çatdırmaq üçün səylər baxımından, istər NATO xərcləri, istərsə də öz müdafiə xərcləri baxımından. Bir çox Avropa liderləri Ağ Evə gələndə o, bunu həm özəl, həm də açıq şəkildə onlara açıqlayıb”, - deyə o qeyd edib.