Bakı.Trend:
Aprelin 22-də Cammu və Kəşmir ittifaq ərazisində baş vermiş teraktdan sonra Pakistanla Hindistan arasında diplomatik münasibətlərin pisləşməsi fonunda Pakistan öz hava məkanını Hindistan üçün bağlayıb.
Trend xəbər verir ki, bu haqda “Reuters” agentliyi Pakistanın təhlükəsizlik şurasına istinadən məlumat yayıb.
Rəsmi İslamabad, eyni zamanda, Hindistanın müdafiə, hərbi dəniz donanması və aviasiya məsələləri üzrə müşavirlərini “arzuolunmaz şəxslər” elan edib.
Öz növbəsində, Hindistan XİN pakistanlılara viza verilişini dayandırıb və bundan əvvəl verilmiş, etibarlılıq müddəti bitməmiş vizaları isə ləğv edib. Bundan başqa, tərəflər arasında istənilən növ məhsulların ticarəti qadağan olunub.