...

“AvtoVAZ” 47 minə yaxın “Lada” avtomobilini geri çağırır

Dünya xəbərləri Materials 25 Aprel 2025 05:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Lada” brendinin rəsmi istehsalçısı “AvtoVAZ” 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustunadək satılmış 47 minə yaxın avtomobili geri çağırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə “Rosstandart” məlumat yayıb.

Bildirilib ki, geri çağırma 22 731 ədəd “Lada Vesta” və 24 408 ədəd “Lada Largus” modelini əhatə edir. Qərarın səbəbi avtomobillərdə fövqəladə hallara reaksiya sistemi – SVEOS üçün nəzərdə tutulan idarəetmə blokunun olmamasıdır.

Şirkət avtomobil sahiblərinə yaxınlıqdakı rəsmi servis mərkəzinə müraciət etməyi tövsiyə edib. Problemin aradan qaldırılması üçün bütün texniki xidmətlər ödənişsiz həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti