...

Tramp ABŞ-nin dəniz dibi mineral ehtiyatlarının işlənməsini sürətləndirmək barədə sərəncam imzaladı

Dünya xəbərləri Materials 25 Aprel 2025 05:56 (UTC +04:00)
Tramp ABŞ-nin dəniz dibi mineral ehtiyatlarının işlənməsini sürətləndirmək barədə sərəncam imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp dəniz dibi mineral və enerji ehtiyatlarının hasilatını inkişaf etdirmək məqsədilə yeni sərəncam imzalayıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda bildirilir ki, dənizlərin dərinliklərində yerləşən mühüm mineral və enerji ehtiyatları ABŞ iqtisadiyyatını gücləndirmək, enerji təhlükəsizliyini təmin etmək və ölkənin xarici tədarükçülərdən asılılığını azaltmaq üçün strateji əhəmiyyət daşıyır.

“Ölkəmiz dəniz dibinin mineral ehtiyatlarının məsuliyyətli şəkildə işlənməsini sürətləndirmək üçün təcili tədbirlər görməlidir. Həmçinin bu resursların həcmini müəyyənləşdirməli, mədənçıxarma və emal texnologiyalarında Amerika liderliyini bərpa etməli və müdafiə, infrastruktur və enerji sahələri üçün etibarlı təchizat zəncirlərini təmin etməlidir”, – sərəncamda qeyd olunur.

Qeyd edək ki, aprelin əvvəlində Donald Tramp ABŞ-nin nadir torpaq elementləri və digər kritik mineralların istehsal potensialı haqqında danışaraq, bu sahədə öz imkanlarını genişləndirməyə çağırmışdı. Daha sonra isə o, emal olunmuş kritik mineralların və onların törəmələrinin idxalının milli təhlükəsizlik üçün təhlükə yarada biləcəyi ilə bağlı araşdırmanın başlanması üçün göstəriş vermişdi.

Xəbər lenti

Xəbər lenti