...

ABŞ müdafiə naziri vəzifəsindən gedir

Dünya xəbərləri Materials 25 Aprel 2025 07:05 (UTC +04:00)
ABŞ müdafiə naziri vəzifəsindən gedir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ müdafiə naziri Pit Heqsetin aparat rəhbəri Co Kasper öz postunu tərk edir.

Trend xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata görə, cümə axşamı iş gününün sonunda Kasper ABŞ Müdafiə Nazirliyindəki fəaliyyətini rəsmi olaraq başa çatdıracaq. Əvvəllər onun Pentaqon daxilində başqa vəzifəyə keçəcəyi gözlənilsə də, indi Kasperin lobbiçilik və konsaltinq sahəsinə qayıtmaq planı var.

Bununla belə, o, ildə 130 günü keçməmək şərti ilə Pentaqona müvəqqəti əsasda dəstək verməyə və məsləhətçi kimi çıxış etməyə davam edəcək.

“Politico” Kasperi Pentaqonda "nüfuz uğrunda mübarizədə əsas fiqur" kimi təqdim edir. Qəzetin məlumatına görə, o, Müdafiə Nazirliyində üç yüksək vəzifəli şəxsin – aparat rəhbərinin müavini Derin Selnik, nazir müşaviri Den Koldvel və nazir müavininin aparat rəhbəri Kolin Kerrolun işdən çıxarılması təşəbbüsünün arxasında dayanıb. Bəzi rəsmilər bu dəyişiklikləri Kasperin Pentaqonda hakimiyyəti öz ətrafında mərkəzləşdirmək cəhdi kimi qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti