...

Çexiyada hepatit A epidemiyası sürətlə yayılır

Dünya xəbərləri Materials 30 Aprel 2025 01:26 (UTC +04:00)
Çexiyada hepatit A epidemiyası sürətlə yayılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada hepatit A xəstəliyinin yayılma sürəti son illərlə müqayisədə rekord həddə çatıb.

Trend Novinky portalının Dövlət Səhiyyə İnstitutuna istinadən xəbər verir ki, cari ilin ilk aylarında artıq 636 yoluxma hadisəsi qeydə alınıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfəyə qədər artım deməkdir.

Epidemiya nəticəsində artıq altı nəfər həyatını itirib. Həkimlər xəbərdarlıq edir ki, xəstəlik xüsusilə yaşlılar və zəif immunitetə malik şəxslər üçün ciddi təhlükə yaradır.

Mütəxəssislər bildirirlər ki, hepatit A əsasən gigiyena qaydalarına əməl etməyən və pis sanitar şəraitdə yaşayan insanlara yoluxur. Bu səbəbdən əhalinin daha həssas təbəqələri infeksiyaya daha çox məruz qalır.

Xəstəliyin inkubasiya dövrü 50 günə qədər davam edə bilər və bir çox hallarda simptomlar özünü göstərmədiyi üçün virus yalnız laborator testlərlə aşkar olunur.

Xəbər lenti

Xəbər lenti