Bakı. Trend:
İranın Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar iki nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə SNN telekanalı məlumat yayıb.
Məlumata əsasən, saxlanılanlardan biri özəl şirkətdə, digəri isə dövlət qurumunda çalışır. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq davam edir və əlavə araşdırmalar aparılır.
Qeyd edək ki, aprelin 28-də İranın daxili işlər naziri Eskandar Momeni partlayışın səbəbinin səhlənkarlıq olduğunu, limanda lazımi ehtiyat tədbirlərinin görülmədiyini bildirmişdi. Nazir əlavə etmişdi ki, hadisəni araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.
Aprelin 30-da isə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Ebrahim Rezaei partlayışın arxasında “xarici müdaxilə” və ya təxribatın dayandığına dair iddiaları rədd etmişdi.