...

ABŞ Kanadanı güc yolu ilə birləşdirməyəcək - Tramp

Dünya xəbərləri Materials 5 May 2025 00:05 (UTC +04:00)
ABŞ Kanadanı güc yolu ilə birləşdirməyəcək - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gələcəkdə Kanadanı hərbi güc tətbiq etməklə Birləşmiş Ştatlara birləşdirəcəyinə inanmadığını bildirib.

Trend xəbər verir ki, bunu NBC News telekanalına müsahibəsində Tramp deyib.

“Düşünürəm ki, biz heç vaxt bu nöqtəyə çatmayacağıq”, - Tramp bildirib.

Qrenlandiya məsələsinə də toxunan Tramp qeyd edib ki, bu ərazi ABŞ üçün həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətlidir: “Qrenlandiya ilə bağlı nəsə baş verə bilər, səmimi olacağam. Amma düşünürəm ki, məsələnin güc yolu ilə həlli son dərəcə az ehtimallıdır”.

Bununla belə, Tramp əlavə edib ki, əgər Kanada ABŞ-nin tərkibinə daxil olsaydı, “çox dəyərli bir ştat” olardı.

Xəbər lenti

Xəbər lenti