...

Estoniyada “Siil 2025” adlı ən böyük hərbi təlimə start verilir

Dünya xəbərləri Materials 5 May 2025 05:22 (UTC +04:00)
Estoniyada “Siil 2025” adlı ən böyük hərbi təlimə start verilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya Müdafiə Qüvvələri və NATO müttəfiqlərinin iştirakı ilə keçiriləcək ən böyük birgə hərbi təlim – “Siil 2025” mayın 5-dən 23-dək baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə Estoniya Müdafiə Qüvvələri rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, təlimin əsas məqsədi Estoniya və regional müdafiə planlarının yerinə yetirilməsini sınaqdan keçirmək, həmçinin Estoniya Müdafiə Qüvvələri və müttəfiq qoşunların döyüş hazırlığını yoxlamaqdır.

Bu ilki təlimlərin fərqləndirici xüsusiyyəti kimi Estoniyaya əlavə müttəfiq bölmələrin daxil edilməsi, onların dərhal döyüş hazırlığı vəziyyətinə gətirilərək Estoniya diviziyasına inteqrasiyası qeyd olunur.

Əsas döyüş hazırlığı manevrləri Estoniyanın şimal-şərq və cənub-şərq bölgələrində, həmçinin bir neçə hərbi poliqonda keçiriləcək.

“Siil 2025” təlimlərinə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Danimarka, İsveç, Finlandiya, Latviya, ABŞ və Kanada daxil olmaqla 16 mindən çox hərbçi qatılacaq. Bundan əlavə, Yaponiya, İsrail və Ukraynadan müşahidəçilər və təlimatçılar iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti