Bakı. Trend:
Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti aprelin 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 59 dollar səviyyəsindən aşağı enib.
Trend xəbər verir ki, Brent markalı neftin qiyməti 4,54% azalaraq bir barel üçün 58,88 dollar təşkil edib. Həmçinin ticarət zamanı Brent nefti 58,90 dollar (-4,15%) səviyyəsində də qeydə alınıb.
Eyni vaxtda, 2025-ci ilin iyun ayı üçün nəzərdə tutulan WTI markalı neftin fyuçers qiyməti isə 4,28% azalaraq bir barel üçün 55,88 dollara düşüb.