...

Hindistan Pakistana raket zərbələri endirib (VİDEO)

Dünya xəbərləri Materials 7 May 2025 00:39 (UTC +04:00)
Hindistan Pakistana raket zərbələri endirib (VİDEO)

Bakı. Trend:

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb.

Xəbər lenti

Xəbər lenti