Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefonla danışıb.
Trend xəbər verir ki, söhbət Pakistan və Hindistan arasında baş verən son hadisələrdən gedirdi.
Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.