...

Hindistanla Pakistan arasında ixtilafın nizamlanmasına kömək etmişəm - Tramp

Dünya xəbərləri Materials 15 May 2025 16:46 (UTC +04:00)
Hindistanla Pakistan arasında ixtilafın nizamlanmasına kömək etmişəm - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 22-də Hindistanla Pakistan arasında ikitərəfli münasibətlərin pisləşməsindən sonra ölkələr arasında olan ixtilafların nizamlanmasına mən kömək etmişəm.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qətərin Əl-Udeyd hərbi bazasında çıxışı zamanı bildirib.

“Demirəm ki, bunu sırf mən etmişəm, amma qəti şəkildə əminəm ki, ötən il Hindistanla Pakistan arasında problemin nizamlanmasına kömək etmişəm. Həmin vaxt tərəflərin bir-birinə qarşı düşmənçiliyi artmaqda idi... Düşünürəm ki, məsələ həllini tapıb”, - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri rəsmi Vaşinqtonun həri iki ölkə ilə dialoqa dəstək göstərməyə davam etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti