Bakı.Trend:
Fransa, İspaniya və Yunanıstan hökumətləri sosial şəbəkələrdə, o cümlədən, “Facebook” və “X” platformalarında icbari yaş məhdudiyyətlərinin tətbiq olunması ilə bağlı Avropa İttifaqına müraciət edəcək.
Trend bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Adıçəkilən ölkələrin rəqəmsal siyasət üzrə nazirləri Avropa İttifaqının iyunun 6-da keçəcək toplantısında belə bir təkliflə çıxış edəcək.
Qanun layihəsinə əsasən, məhdudiyyət qüvvəyə minəcəyi təqdirdə internetə çıxışı olan istənilən cihaz istifadəçinin həqiqi yaşını yoxlaya biləcək.