Bakı. Trend:
İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin finalı baş tutub.
Trend-in məlumatına görə, müsabiqənin qalibi “Wasted Love” mahnısı ilə Avstriya təmsilçisi JJ olub.
Finalda aşağıdakı ölkələr mübarizə aparıb: Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və İsveçrə.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.