Bakı. Trend:
Egey dənizində gün ərzində növbəti zəlzələ baş verib. Evbeya adasında qeydə alınan yeraltı təkanların gücü 4.4 bal olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Bakı vaxtı ilə saat 09:56-da qeydə alınıb və Türkiyənin Çanakkale vilayətinin Ayvacık rayonundan 250 km məsafədə baş verib.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşir.
XXX
10:46
Egey dənizində yerli vaxtla gecə saat 02:52-də (Bakı vaxtı ilə 03:52) 4,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 7,1 kilometr dərinlikdə yerləşib. Hazırda yeraltı təkanların fəsadları barədə məlumat verilməyib.