Bakı. Trend:
Britaniyanın baş naziri Kir Starmer bazar günü ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefonla danışıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Böyük Britaniya baş nazirinin mətbuat xidmətinə istinadən bildirib.
Məlumata əsasən, danışıq zamanı tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.
Qeyd olunub ki, Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri “şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər” və Moskvanı “sülh danışıqlarına ciddi yanaşmağa” çağırıblar. Bundan əlavə, onlar Rusiya rəhbərliyinin “atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə” Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.