...

Dünyada kriptovalyuta sahiblərinə hücumların sayı artıb - KİV

Dünya xəbərləri Materials 19 May 2025 10:52 (UTC +04:00)
Dünyada kriptovalyuta sahiblərinə hücumların sayı artıb - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada kriptovalyuta sahiblərinə hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Cinayətkarlar hədə-qorxu və təhdid yolu ilə rəqəmsal aktivlərin köçürülməsini tələb edirlər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, belə hücumların qurbanları əsasən investorlar, həmçinin kriptovalyuta şirkətlərinin rəhbərləri və onların ailə üzvləri olurlar. Bu yaxınlarda Fransada naməlum maskalı şəxslər “Paymium” kriptobirjası sahibinin qızını oğurlamağa çalışıb, ona və onun körpəsinə silahla hədə-qorxu gəliblər.

Qeyd edilir ki, bu tip cinayətkarlar getdikcə daha yaxşı təşkilatlanırlar, onlar öz məkrli əməllərində şifrələnmiş messencerlərdən istifadə edirlər və öncədən planlaşdırılmış sxemlər əsasında fəaliyyət göstərirlər.

Zərərçəkənlər arasında ABŞ, Fransa və Avstraliyadan olan blogerlər və investorlar yer alır. Bəzi qurbanlara fiziki işgəncələr də veriblər. “Ledger” şirkətinin keçmiş rəhbəri Devid Ballanı oğurlayan cinayətkarlar 10 milyon dollar girov pulu tələb edərək onun barmağını kəsib. Ekspertlər bu tib cinayətlərin artımını rəqəmsal valyutaların bahalaşması və kriptoşirkətlərin məlumat bazasında şəxsi məlumatların sızması ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti