Bakı. Trend:
Almaniya Rusiyanın Ukraynada atəşkəsə razılaşmayacağı təqdirdə müttəfiq dövlətlərlə birlikdə Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
Tren-in “Bloomberg”ə istinadən xəbərinə görə, bu haqda Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştegan Kornelius bəyanat verib.
Korneliusun sözlərinə görə, Almaniya hökuməti mütəmadi olaraq Rusiyaya qarşı sanksiyaların müxtəlif variantlarını axtarır və mövcud olanları təkrar nəzərdən keçirir. O, bu həftə Avropa İttifaqının Rusiyaya qarşı sayca 17-ci məhdudlaşdırıcı tədbirlər paketini qəbul edəcəyini əlavə edib. Həmin ölçülər başlıca olaraq Rusiyanın maliyyə sektoruna hədəflənəcək.
Kornelius onu da bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına dəstək verib-verməyəcəyi Rusiya və ABŞ prezidentləri arasında aparılacaq telefon danışığının (19 may) nəticələrindən asılı olacaq.