Bakı. Trend:
ABŞ Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 sammitində ev sahibi ölkənin rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən iştirak etməyəcək.
Trend-in məlumatına görə, Rubio Senatda keçirilən dinləmələrdə bildirib ki, ABŞ-nin sammitdə iştirak etməmə qərarı CAR-ın gündəliyə çıxardığı bəzi məsələlərin ABŞ administrasiyasının prioritetlərinə uyğun olmaması ilə bağlıdır.
O əlavə edib ki, bu məsələlərə CAR-ın İsraili tənqid etməsi və Afrika ölkəsinin Çinlə yaxınlaşması daxildir. Rubio vurğulayıb ki, bu məqamlar ABŞ üçün qəbul ediləsi deyil.