...

ABŞ rabitə xidmətinə güclü haker hücumu – Dövlət rəsmilərinin şəxsi məlumatları oğurlanıb

Dünya xəbərləri Materials 21 May 2025 20:03 (UTC +04:00)
ABŞ rabitə xidmətinə güclü haker hücumu – Dövlət rəsmilərinin şəxsi məlumatları oğurlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin təhlükəsiz korporativ yazışmalar xidməti olan “TeleMessage”ın məlumat bazasını sındırmış haker 60-a yaxın amerikalı məmurun, o cümlədən, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun şəxsi məlumatlarını və yazışmalarını oğurlayıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, şəbəkəyə sızan yazışmalar ABŞ Gömrük Xidməti, ABŞ Məxfi Xidmətinin əməkdaşları və azı bir Ağ Ev işçisi ilə əlaqəli olub. Bütün ismarıclar 4 may tarixli olub.

Bəzi söhbətlərin yüksək rütbəli amerikalı məmurların səyahət planları ilə bağlı olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti